satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda sosial şəbəkədə saxta profillər açaraq pul tələb edən şəxs saxlanılıb

Naxçıvanda sosial şəbəkədə saxta profillər açaraq pul tələb edən şəxs saxlanılıb

Naxçıvanda sosial şəbəkədə başqasının adına saxta profillər açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bir neçə xanım “TikTok” sosial şəbəkəsində naməlum şəxsin onların adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onları təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəsaiti tələb etdiyini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Babək rayon Güznüd kənd sakini Abbas Qurbanov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Hazırda Naxçıvan Şəhər Polis İdarəsində araşdırma davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM