satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi işçiləri təltif edilib

Naxçıvanda vergi işçiləri təltif edilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə fevralın 27-də muxtar respublika Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncama əsasən, vergi orqanlarında səmərəli fəaliyyətlərinə görə fərqlənən Abbasova Aysel Yusif qızı, Eyvazova Gülşən Tofiq qızı, Əliyev Rəfail Əli oğlu, Əliyev Süleyman Yunis oğlu, Qənbərov Zahid Paşa oğlu, Quliyev Elməddin Hüsaməddin oğlu, Məsumova Xədicə Hacı qızı və Rzayev Rəşad Əli oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM