satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda hədə-qorxu ilə əldə olunan pulu məhkumlara göndərən şəxslər tutulub - VİDEO

Naxçıvan polisi tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib.

DİN-dən Naxçıvan televiziyası-a verilən məlumata görə, keçirilən tədbir nəticəsində əvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri, Quliyev Qadir və Zöhrabov Toğrul saxlanılıb. Onlar şantaj etdiyi şəxsdən pul vəsaiti alarkən Naxçıvan MR DİN-in əməkdaşları tərəfindən tutulub.

Həmin şəxslər istintaqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.

Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-ın Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq idarəsində araşdırmalar aparılır.

Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM