satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda daha bir kadr təyinatı

Naxçıvanda daha bir kadr təyinatı

Naxçıvan televiziyası xəbər verir ki, Seymur Cəfərov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrinin müvəqqəti icraçısı təyin edilib.

S.Cəfərov bu təyinatadək Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirliyində çalışıb. O, bu gün Naxçıvan Biznes Mərkəzində keçirilən tədbir çərçivəsində kollektivə və dövlət orqanlarının rəhbərlərinə təqdim olunub. 

Qeyd edək ki, xidmətin əvvəlki rəisi Bəxtiyar İsmayılov dünən tutduğu vəzifədən azad edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM