satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası daha bir şəhid ailəsinə dəstək göstərib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası daha bir şəhid ailəsinə dəstək göstərib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası daha bir şəhid ailəsinə dəstək göstərib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası daha bir şəhid ailəsinə dəstək göstərib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, martın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Qarabağda aparılan “antiterror əməliyyatları” zamanı şəhid olan Məhərrəmov Mais Füzuli oğlunun ailəsini qəbul edib.

Qəbul zamanı şəhidin yoldaşı Məhərrəmova Elnarə Rauf qızının müraciəti dinlənilib.

AHİK sədrinin müavininin tapşırığı ilə şəhid ailəsinin sosial problemləri və qayğıları nəzərə alınaraq Şura tərəfindən müvafiq məbləğdə maddi yardım göstərilib.

Qəbulda şəhid ailəsi onlara daim diqqət və qayğı ilə yanaşan Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına minnətdarlığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM