satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan narkoticarətdə təqsirləndirilən və hava limanında saxlanılan şəxsi Rusiyaya təhvil verib

Azərbaycan narkoticarətdə təqsirləndirilən və hava limanında saxlanılan şəxsi Rusiyaya təhvil verib

Rusiya Federasiyasının axtarışı ilə həbs edilən şəxs həmin ölkəyə ekstradisiya edilib.

Bu barədə Naxçıvan televiziyası-a Azərbaycan Baş Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə külli miqdarda narkotik vasitələri satmağa cəhd maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa elan edilmiş 1995-ci il təvəllüdlü həmin ölkənin vətəndaşı Kuntseviç Aleksey Oleqoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, o, ötən il noyabrın 15-də ölkəmizə gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib.

Aleksey Kuntseviç Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib", - deyə məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM