satellite   Azerspace-1: 11135 H 30000

Ombudsman Günay Rzayeva məhkum qadınlarla görüşüb

 Ombudsman Günay Rzayeva məhkum qadınlarla görüşüb

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, martın 7-də Beynəlxalq Qadınlar Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadınlar bölməsində cəza çəkən məhkum qadınlarla görüşüb.

Görüş zamanı Müvəkkil bildirib ki, dövlətimiz tərəfindən məhkum qadınların problemlərinin həllinə, onların asudə vaxtının səmərəli təşkilinə, sosial adaptasiyasına və yenidən cəmiyyətə sağlam qüvvə kimi qayıtmasına yönəldilmiş mütəmadi tədbirlər həyata keçirilir.

Sonra Müvəkkil cəmiyyətin həssas qrupu olan qadın məhkumların hüquqlarının təmin olunması, onların islah edilməsi və hüquqi maarifləndirilməsi sahəsində təsisat tərəfindən görülən işlər haqqında məlumat verib.

Ombudsman xüsusi diqqət və qayğı ilə yanaşılan qadın məhkumları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

           

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM