satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi Qazaxıstanda qeyd edilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi Qazaxıstanda qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi Qazaxıstanda qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi Qazaxıstanda qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi Qazaxıstanda qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi Qazaxıstanda qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi Qazaxıstanda qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi Qazaxıstanda qeyd edilib<font color=red> - FOTOLAR</font>

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Qarabağ” Etnomədəni Birliyinin təşkilatçılığı ilə Qazaxıstanın Türküstan vilayətində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi qeyd edilib. Tədbirdə Qazaxıstanın rəsmi şəxsləri, Dövlət Komitəsinin əməkdaşları, digər icmaların nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Komitədən Naxçıvan televiziyası-a bildirilib ki, Novruz bayramı ərəfəsində baş tutan tədbirdə Naxçıvan mətbəxindən nümunələr, Azərbaycanın milli adətləri, o cümlədən Naxçıvana məxsus ənənələr nümayiş olunub.

Tədbirdə qonaq qismində iştirak edən Türküstan vilayəti “Koğamdık Kelisim” (İctimai Müqavilə) dövlət müəssisəsinin sədr müavini Elmira Janqazieva “Qarabağ” Etnomərkəzinin fəaliyyətini yüksək qiymətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinin xarici ölkələrdə qeyd olunmasının əhəmiyyətindən, Azərbaycan diasporunun fəaliyyətindən, eləcə də xaricdə yaşayan azərbaycanlıların Azərbaycançılıq ideyası ətrafında sıx birləşməsindən danışıb.

Daha sonra Sayram rayonunun icra nümayəndəsi və digər icmaların rəhbərləri çıxış ediblər.

Tədbirin bədii hissəsində Qarabağ məktəbinin şagirdlərinin əl işləri, Azərbaycandan dəvət edilmiş musiqiçilərin ifasında Azərbaycan musiqiləri, “Naxçıvan” rəqs ansamblının ifasında milli rəqslərimiz qonaqlar tərəfindən maraqla qarşılanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM