satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Aqrar Xidmətlər Mərkəzi “TexnazApp” avtomatlaşdırılmış informasiya sisteminə qoşulub

Naxçıvan Aqrar Xidmətlər Mərkəzi “TexnazApp” avtomatlaşdırılmış informasiya sisteminə qoşulub

Ötən il Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində islahatlar aparılıb, nazirliyin strukturu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna uyğunlaşdırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, aparılan islahatlar çərçivəsində Naxçıvan Aqrar Xidmətlər Mərkəzi yaradılıb. Mərkəz muxtar respublikada müvafiq xidmətlərlə yanaşı, kənd təsərrüfatı texnikalarının dövlət qeydiyyatı, texniki baxış, o cümlədən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi ilə bağlı fəaliyyəti də tənzimləyir.

Artıq sözügedən fəaliyyətlərin həyata keçirilməsi istiqamətində işlərə başlanılıb. Belə ki, Mərkəz Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi əsasında Aqrar Xidmətlər Agentliyinin istifadə etdiyi “TexnazApp” daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sisteminə qoşulub. Həmçinin lazımi kompüter və texniki avadanlıqlarla təchiz edilib. Hazırda mərkəzin bir sıra xüsusi məhsullarla təmin olunması üçün işlər aparılır. Bunlar yekunlaşdırıldıqdan sonra həmin xidmətlərin həyata keçirilməsinə başlanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM