satellite   Azerspace-1: 11135 H 30000

AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda səfərdədir

AHİK sədri Səttar Möhbalıyev Naxçıvanda səfərdədir

Naxçıvan televiziyası xəbər verir ki, martın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan şəhərinə səfərə gəlib.

AHİK sədri, Millət Vəkili Səttar Möhbalıyev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, qarşısına güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Şura tərəfindən muxtar respublikada yaşayan şəhid və qazi ailələri də daxil olmaqla 1200 aztəminatlı  ailəyə ərzaq yardımı  paylanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM