satellite   Azerspace-1: 11135 H 30000

Xocalı rayonunda mina hadisəsi baş verib

Xocalı rayonunda mina hadisəsi baş verib

Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu Xocalı rayonunun Ulubaba kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb. Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM