Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib

Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib.

NTV  xəbər verir ki, paylaşımda Bakıda akkreditə olunmuş diplomatik korpus nümayəndələri ilə birlikdə Füzuli hava limanına endiklərini qeyd edib.

"Bakıda akkreditə olunmuş diplomatik korpusla birlikdə Füzuli hava limanına endik. Şuşa və Xankəndiyə yollanırıq. Xankəndidə Qarabağ Universitetini və tələbələri ziyarət edəcəyik. Münaqişədən sonrakı yenidənqurma və Qarabağ və Şərqi Zəngəzurun transformasiyası təsirlidir!", - paylaşımda qeyd edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM