Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynov dəfn olunub - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunub. Hər üçü hərbiçi olmuş həmin şəhidlərdən biri  - Mübariz Hüseynov bu gün Suraxanı rayonunda dəfn edilib.

NTV xəbər verir ki, şəhid Mübariz Hüseynovun nəşinin qalıqları Suraxanı rayon Dədəd Qorqud qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

Mərasimdə şəhidin ailə üzvləri, Müdafiə, Ədliyyə və Daxili İşlər nazirliklərinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin Qızıl-Şəfəq kəndində anadan olan Mübariz Hüseynov 1993-cü il oktyabrın 23-də Cəbrayl şəhəri uğrunda gedən döyüşlər zamanı itkin düşüb. 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM