Aprelin 19-u səhər saatlarında Qubada "Təngə dərəsi" adlanan turizm ərazisində yolun hərəkət hissəsinə qaya parçası düşüb.
NTV AZƏRTACA-a istinadən xəbər verir ki, iri qaya parçası ərazidən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikalar cəlb olunub
Yolun açılması istiqamətində işlərə başlanılıb