satellite   Azerspace-1: 11135 H 30000

Birinci Qarabağ müharibəsinin şəhidi Şərur şəhərində dəfn olunub - FOTOLAR

Birinci Qarabağ müharibəsinin şəhidi Şərur şəhərində dəfn olunub<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin şəhidi Şərur şəhərində dəfn olunub<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin şəhidi Şərur şəhərində dəfn olunub<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin şəhidi Şərur şəhərində dəfn olunub<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin şəhidi Şərur şəhərində dəfn olunub<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin şəhidi Şərur şəhərində dəfn olunub<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin şəhidi Şərur şəhərində dəfn olunub<font color=red> - FOTOLAR</font> Birinci Qarabağ müharibəsinin şəhidi Şərur şəhərində dəfn olunub<font color=red> - FOTOLAR</font>

 

Mayın 16-da Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədov Muxtar Bayram oğlunun nəşi doğulduğu kəndə gətirilib.

NTV  xəbər verir ki, doğulduğu evdə şəhidlə ailə üzvlərinin vida mərasimi keçirilib.

Sonra şəhidin nəşi Şərur şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Mərasim zamanı "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib, "Qurani-kərimdən" ayələr və Dövlət Himni oxunub, havaya yaylım atəşi açılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, qazilər, icra hakimiyyətinin əməkdaşları, hökumət, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM