satellite   Azerspace-1: 11135 H 30000

Şəhid bacısı: Qardaşımın artıq üstündə ağlaya biləcəyim məzarının olduğuna sevinirəm

Şəhid bacısı: Qardaşımın artıq üstündə ağlaya biləcəyim məzarının olduğuna sevinirəm

Şəhid bacısı 31 ildən sonra qardaşının artıq bir məzarının olduğuna sevindiyini deyib.

NTV xəbər verir ki, bu barədə jurnalistlərə Şərurda mayın 16-da dəfn olunmuş Birinci Qarabağ müharibəsini şəhidi Muxtar Bayramovun bacısı Zərgül Məmmədova deyib.

O, müharibədə itkin düşmüş qardaşından 31 il xəbər tuta bilmədiklərini söyləyib:

“Bu illər ərzində gözümüz hər zaman onu axtarardı. Amma 31 ildən sonra onun cənazəsini qarşılayası olduq. Anam onun həsrətinə dayana bilmədi, qardaşım itkin düşdükdən üç il sonra dünyasını dəyişdi.

İndi ən azı ona sevinirəm ki, qardaşımın artıq üstündə ağlaya biləcəyim bir məzarı var. Gəlib məzarının başında qardaşımla danışıb-dərdləşəcəm. Dövlətimiz var olsun. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qurtuluşdan başlanan yol

13:59 15.06.2025

Sözün Arifi 101 yaşında

12:42 15.06.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM