satellite   Azerspace-1: 11135 H 30000

BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb

BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb

Azərbaycanda sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədar yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.

NTV  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürüclərə müraciətində qeyd edilib.

Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada baş verən yol-nəqliyyat hadisələrinin təxminən 10-20%-i sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədardır.

"Son zamanlar təəssüf ki, ölkəmizdə də məhz bu səbəbdən baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır. Sükan arxasında cəmi bir neçə saniyəlik yuxulama həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır. Yorğun və yuxusuz halda sükan arxasına keçməyin, uzun səfərlərdə mütəmadi fasilə verin, dərman preparatlarından istifadə zamanı onların təsirinə diqqətlə yanaşın", - deyə məlumatda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM