satellite   Azerspace-1: 11135 H 30000

Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib

Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib

Audiovizual Şura qohumlararası nikahla bağlı toy şənliyi yayımladığına görə MTV kanalı barəsində protokol tərtib edərək cərimə olunması üçün məhkəməyə müraciət edib.

NTV xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22-də telekanalın efirində saat 20:31-21:24 arasında yayımlanan "Toya gəlmişik" proqramı zamanı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun müvafiq maddəsinin tələbi pozulub. Çünki verilişin yayımı zamanı bölgələrin birində keçirilmiş, qohumların (xalaqızı və xalaoğlunun) toy məclisi nümayiş etdirilib.

Məlumatda MTV kanalının aid olduğu "MUZ TV Azərbaycan" MMC-nin səlahiyyətli nümayəndəsinin oktyabrın 24-də bununla bağlı Audiovizual Şuraya dəvət edildiyi vurğulanıb.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən bu pozuntuya görə hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM