“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yer təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən NTV-yə bildirilib ki, hərraca Culfa rayonu ərazisində yerləşən “Ərəzin II” gəc-gips (sement xammalı) yatağı çıxarılıb. Başlanğıc qiyməti 35 min 68 manat müəyyən edilən hərrac 42 min manatla yekunlaşıb.
Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.
