satellite   Azerspace-1: 11135 H 30000

İrandan Azərbaycana gətirilən 21 tondan çox portağalda rəngləyici maddə aşkarlanıb

İrandan Azərbaycana gətirilən 21 tondan çox portağalda rəngləyici maddə aşkarlanıb

İrandan Azərbaycana gətirilən 21 tondan çox portağalda rəngləyici maddə aşkarlanıb.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

AQTA-nın nəzarət tədbirləri çərçivəsində "Karvan Agro" MMC-nin İrandandan idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21 200 kq portağal məhsulundan nümunələr götürülüb.

Aparılan laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb və İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM