satellite   Azerspace-1: 11135 H 30000

Himalay Məmişov: Müraciətlər olarsa, Naxçıvanda da VƏM yaradıla bilər

Himalay Məmişov: Müraciətlər olarsa, Naxçıvanda da VƏM yaradıla bilər

Vahid Əlaqələndirmə Mərkəzlərinin (VƏM) yaradılması vətəndaşların daha çox müraciət etdiyi regionlar üzrə müəyyən edilir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə jurnalistlərin sualını cavablandırarkən Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

O bildirib ki, şəhid ailələri və müharibə əlilləri tərəfindən müraciətlər olarsa, Naxçıvan Muxtar Respublikasında da Vahid Əlaqələndirmə Mərkəzi yaradıla bilər.

Qeyd edək ki, hazırda Dost Mərkəzləri və DSMF regional ərazi filialları daxil olmaqla ölkə üzrə 11 VƏM fəaliyyət göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM