satellite   Azerspace-1: 11135 H 30000

Bakıda minik və yük avtomobilləri toqquşub, ölən və yaralananlar var

Bakıda minik və yük avtomobilləri toqquşub, ölən və yaralananlar var

Bakı-Qazax şosesində ağır yol qəzası baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində - Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. 1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi “VAZ-21014” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “KamAz” markalı yük maşınına çırpıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin - 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avtomobildə olan digər sərnişin (ad və soyadı dəqiqləşdirilir) hadisə yerində ölüb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM