satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ötən il 8 piyada həyatını itirib - VİDEO

Muxtar respublikada 2022-ci ildə 8 piyada həyatını itirib. 

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu NTV-yə müsahibəsində Naxçıvan DİN DYPİ-nin Təbliğat üzrə baş inspektoru, polis kapitanı Ayaz İsmayılov bildirib. Qeyd edib ki, ötən il ölüm və xəsarətlə nəticələnən hadisələrin 53 faizi məhz piyadalarla bağlı olub. Baş verən hadisələrdə həyatını itirənlərlə yanaşı, 20 piyada da müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

DYP İdarəsi bildirir ki, həm sürücülər, həm də piyadalar ehtiyatlı olmalı, xüsusən də piyadalar bu cür halların baş verməməsi üçün yerüstü və yeraltı piyada keçidlərindən, eləcə də piyada zolaqlarından istifadə etməlidirlər.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM