satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə başlanılıb

Azərbaycanda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə başlanılıb

Minatəmizləmə əməliyyatlarına minaaxtaran maşınlar və xüsusi təlim görmüş itlər də cəlb edilir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirib.

Vurğulayıb ki, Azərbaycanda indiyədək minaxtarma əməliyyatlarına 50-dən çox minaaxtaran maşın cəlb olunub. Minaxtarma əməliyyatları zamanı zirehli texnikalar - buldozerlərdən, eskalatorlardan da istifadə olunur. Onlar da axtarış işlərinin sürətli və daha effektiv olmasına kömək edir.

Azərbaycanda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə start verildiyini deyən Vüqar Süleymanov qeyd edib ki, hazırda bununla bağlı seçim aparılır. Qadınların minaxtarma əməliyyatlarına cəlb olunması üçün müəyyən müddət lazımdır. Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanlardan uğurla keçən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM