satellite   Azerspace-1: 11135 H 30000

Tarif Şurası 50 dərmanın qiymətini təsdiqləyib, 32-nin qiymətində dəyişiklik edib

Tarif Şurası 50 dərmanın qiymətini təsdiqləyib, 32-nin qiymətində dəyişiklik edib

Tarif Şurası 50 dərmanın qiymətini təsdiqləyib, 32-nin qiymətində dəyişiklik edib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Şuradan məlumat verilib.

Bildirilib ki, Tarif (qiymət) Şurasının 28 fevral 2023-cü il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.

İclasda yeni dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin qiyməti təsdiq edilmiş və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 32 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər olunub.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM