satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda mart ayının hava proqnozu açıqlanıb

Naxçıvanda mart ayının hava proqnozu açıqlanıb

Martda havanın orta aylıq temperaturu kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.

Milli Hidrometeorologiya Xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə,  Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 3-7° isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və 1-2° aşağıdır. Havanın temperaturunun gecələr 4-9° isti, bəzi günlərdə 2-7° şaxta, gündüzlər 9-14° isti, bəzi günlərdə 19-24° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 22-44 millimetr).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM