satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Prokurorluğunda vətəndaşların şikayətləri əsasında bir neçə cinayət işi başlanılıb

Naxçıvan Prokurorluğunda vətəndaşların şikayətləri əsasında bir neçə cinayət işi başlanılıb

“Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun yeni rəhbərliyi ilə birgə vətəndaşlardan daxil olan ərizə və şikayətləri diqqətlə araşdırır. Hal-hazırda həmin ərizə və şikayətlər əsasında bir neçə cinayət işi başlanılıb. Gələcəkdə istintaqın gedişatı barədə ictimaiyyətə məlumat veriləcək”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının Prokurorluq orqanlarında saflaşdırma işləri davam etdiriləcək:

“Həm Baş Prokurorluğun, həm də Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun əməkdaşlarından ibarət birgə istintaq qrupları yaradılıb. Hesab edirəm ki, bu işlərin də kifayət qədər səmərəsi olacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM