Şuşa şəhərinin içməli su şəbəkəsi yenidən qurulur. Hazırda bu istiqamətdə Şuşada geniş infrastruktur quruculuğu aparılır.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, NTV-nin Qarabağa ezam olunan əməkdaşları Şuşadan canlı bağlantıya qoşulub, şəhərdə içməli su təminatının dayanıqlılığının təmin olunması, yeni sutəmizləyici qurğular kompleksinin tikintisi və bu istiqamətdə görülən digər işlər barədə məlumat veriblər.
