satellite   Azerspace-1: 11135 H 30000

Culfa Gömrük Postunda narkotik vasitə və psixotrop maddə aşkar edilib

Culfa Gömrük Postunda narkotik vasitə və psixotrop maddə aşkar edilib

Culfa Gömrük Postunda narkotik vasitə və psixotrop maddə aşkar edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Culfa Gömrük Postunda ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin sürücüsü şəxsi yoxlamaya cəlb edilib. Bu zaman sürücünün üzərindən təmiz çəkisi 1.452 qram narkotik vasitə - marixuana, 3.066 qram psixotrop maddə - metamfetamin, 6.199 qram narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM