satellite   Azerspace-1: 11135 H 30000

Fevralın üçüncü ongünlüyündə havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olub

Fevralın üçüncü ongünlüyündə havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olub

Respublikanın əksər bölgələrində fevral ayının üçüncü ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-4º yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-2º aşağı olması ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 7º, Lənkəran-Astara, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 7-8º, Gəncə-Goranboyda 8-9º, Şəki-Zaqatalada 5-7º, Gədəbəydə 2º, Ceyrançöl-Tovuzda 6-8º, Quba və Dağlıq Şirvan bölgəsində 4º, Naxçıvanda 5º qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəydə -10º, Qubada -9º, Naxçıvan və İsmayıllıda -7º, Şamaxıda -6º, Qəbələdə -5º, Zərdab və Zaqatalada -4º, Cəfərxanda -3º, Tovuz, Ceyrançöl, Şəki və Lənkəranda -2º, Zəngilan, Bərdə və Gəncədə -1º təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM