satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda könüllü ağacəkmə aksiyası keçiriləcək

Naxçıvanda könüllü ağacəkmə aksiyası keçiriləcək

Aksiya Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq

Martın 11-də Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçiriləcək.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Könüllü aksiya zamanı ümumilikdə 40 min ting əkilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumlar, muxtar respublikanın dövlət orqanları, eləcə də digər təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri aksiyaya qoşulacaqlar.

Əkiləcək müxtəlif növ tinglərin 18 min ədədi “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsi, 22 mini isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik təsərrüfatları tərəfindən yetişdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM