satellite   Azerspace-1: 11135 H 30000

Ombudsman Günay Rzayeva məhkum qadınlarla görüşüb

Ombudsman Günay Rzayeva məhkum qadınlarla görüşüb

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, martın 7-də Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadınlar bölməsində cəza çəkən məhkum qadınlarla görüşüb.

Görüş zamanı Ombudsman Günay Rzayeva cəmiyyətin həssas qrupu olan qadın məhkumların hüquqlarının təmin olunması, onların islahı və hüquqi maariflənməsi sahəsində təsisat tərəfindən görülən işlər haqqında məlumat verib. Ombudsman qadın məhkumları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Görüşdə qadın məhkumları maraqlandıran suallar cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM