satellite   Azerspace-1: 11135 H 30000

Tikinti ilə bağlı sənədlərin təqdim edilməsi qaydası sadələşdirilib

Tikinti ilə bağlı sənədlərin təqdim edilməsi qaydası sadələşdirilib

Tikinti ilə bağlı sənədlərin təqdim edilməsi qaydası sadələşdirilib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə obyektlərin tikintisi ilə bağlı tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilməyəcək.

Layihəyə əsasən, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadıqda onlar sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunacaq və yaxud sifarişçi tərəfindən təmin ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM