satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “Regional Dövlət Aqrar İnkişaf Mərkəzləri” yaradılır

Naxçıvanda “Regional Dövlət Aqrar İnkişaf Mərkəzləri” yaradılır

Dövlət Baytarlıq Xidməti Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilir

Naxçıvanda Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar İstehsalat, Tədarük və Təchizat müəssisəsi”, “Aqrar Xidmətlər Mərkəzi”,  “Regional Dövlət Aqrar İnkişaf Mərkəzləri” yaradılacaq, muxtar respublikanın Dövlət Baytarlıq Xidməti nazirliyin strukturuna daxil ediləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Naxçıvan televiziyasının (NTV) “Üzbəüz” proqramında Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova bildirib.

Nazir müavini qeyd edib ki, nazirliyin struktur dəyişikliyi çərçivəsində muxtar respublikanın 3 şəhərində - Naxçıvan, Şərur və Culfada “Regional Dövlət Aqrar İnkişaf Mərkəzi” yaradılmaqla nazirliklə fermerlərin, ailə təsərrüfatçılarının, aqrar sektorda fəaliyyət göstərən sahibkarların əlaqəli işinin təşkili həyata keçiriləcək. Yenicə yaradılan “Orqanik Naxçıvan” Publik hüquqi şəxsi isə Naxçıvanın orqanik məhsullarının əhalidən qəbulu, qablaşdırılması, ölkə daxilində və xaricdə satışının təşkili istiqamətində işləyəcək.

Qeyd edək ki, “Üzbəüz” proqramı 18 iyun, saat 21:00-da Naxçıvan televiziyasının tamaşaçılarına təqdim olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM