satellite   Azerspace-1: 11135 H 30000

“Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda təsdiqlənib

“Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda təsdiqlənib

Milli Məclis “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iyunun 16-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən Qanuna 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı” daxil edilib.

- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi;

- ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi;

- taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi;

- taksi sifarişi operatoru fəaliyyətinə icazə.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM