satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 19-u saat 08 radələrində Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 2000-ci il təvəllüdlü Telli Alcəfərovanın ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Röyal Zeynalovun yaşadığı evin həyətində həmkəndlisi Telli Alcəfərovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Röyal Zeynalov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM