satellite   Azerspace-1: 11135 H 30000

Avtovağzal Kompleksi: "Əcnəbilərin Bakı-Naxçıvan avtobus reysilə Naxçıvana getmələri mümkün deyil"

Avtovağzal Kompleksi: "Əcnəbilərin Bakı-Naxçıvan avtobus reysilə Naxçıvana getmələri mümkün deyil"

Əcnəbi vətəndaşların Bakı-Naxçıvan avtobusu ilə Naxçıvana getmələrinə qadağa qoyulub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Bildirilir ki, əcnəbi vətəndaşlar və Azərbaycan ərazisində oturum icazəsi olanların mövcud vəziyyətlə əlaqədar quru yolla sərhəd keçid məntəqələrindən keçidi mümkün olmadığından, onların Bakı-Naxçıvan reysilə Naxçıvana getmələri də mümkün deyil.

"Bu səbəbdən, həmin şəxslər onlayn bilet aldıqda, bilet qaydalara uyğun olaraq geri qaytarılacaq", - məlumatda deyilir.

Qeyd edək ki, bu qərar Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlıdır. Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM