satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ağır yol qəzasında 6 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB 2 - VİDEO

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 6-ya çatıb.

Qəza nəticəsində xəsarət almış daha 4 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Hazırda onların müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, faktla bağlı Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.

***

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər dünyasını dəyişib.

Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.

Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.

Naxçıvanda ağır yol qəzasında 6 nəfər ölüb, xəsarət alanlar var<font color='red'> - YENİLƏNİB 2</font><font color=red> - VİDEO</font> Naxçıvanda ağır yol qəzasında 6 nəfər ölüb, xəsarət alanlar var<font color='red'> - YENİLƏNİB 2</font><font color=red> - VİDEO</font>

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM