satellite   Azerspace-1: 11135 H 30000

DİN təxribat xarakterli aksiyaya qoşulmayan vətəndaşlara təşəkkür edib

DİN təxribat xarakterli aksiyaya qoşulmayan vətəndaşlara təşəkkür edib

Bir neçə sosial şəbəkə istifadəçisinin polisin peşə bayramı günü - iyulun 2-də paytaxtın mərkəzi hissəsində təxribat xarakterli aksiya təyin etmələrinə baxmayaraq vətəndaşlarımız və media nümayəndələri tərəfindən onların bu çağırışı dəstəklənməyib. Bu barədə Naxçıvan televiziyası-a Daxili İşlər Nazirliyindən xəbər verilib.

"Odur ki, bu gün öz peşə bayramını qeyd edən bütün polis əməkdaşları adından təyin olunan aksiya yerinə gəlməyib anlayış nümayiş etdirən vətəndaşlarımıza və media nümayəndələrinə təşəkkürümüzü bildiririk”, - deyə qeyd edilib.

Qeyd edək ki, bir qrup müxalif fəal Gədəbəyin Söyüdlü kəndində aksiyaya dəstək məqsədilə bu gün saat 15.00-da Fəvvarələr meydanında aksiya keçirilməsi üçün çağırış etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM