satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 159 doza vaksin vurulub

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 159 doza vaksin vurulub

İyulun 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 159 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 138, ikinci doza vaksinlərin sayı 1, üç və daha çox doza vaksinlərin sayı 15, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 5-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 967 min 228, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 412 min 327, ikinci mərhələ üzrə 4 milyon 884 min 102, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 502, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 297-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM