satellite   Azerspace-1: 11135 H 30000

Gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbirlər keçirilib - FOTOLAR

Gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbirlər keçirilib<font color=red> - FOTOLAR</font> Gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbirlər keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, bu gün Ordubad, Culfa və Sədərək rayonlarında gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə əvvəlcə ulu öndər Heydər Əliyevin və  Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər gəncləri hərbi xidmətə yola salınmaları münasibətilə təbrik edib, Vətəni müdafiə etmək kimi şərəfli işdə gənclərimizə qətiyyət, mətanət, dözüm və möhkəm cansağlığı arzulayıblar.       

Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin torpaq, Vətən sevgisindən, cəsur əsgərlərimizin  döyüş qabiliyyətindən, yüksək vətənpərvərlik ruhundan, bunun da nəticəsində Azərbaycan əsgərinin Qarabağda parlaq zəfər çalmasından bəhs edilib.

Sonra gənclər hərbi xidmətə yola salınıb.

                                                                 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM