satellite   Azerspace-1: 11135 H 30000

2023-cü ilin iyunu planetin ən isti ayı olub

2023-cü ilin iyunu planetin ən isti ayı olub

2023-cü ilin iyun ayı bu cür statistikanın başlanmasından bəri ən isti ay olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Avropa iqlim xidməti “Copernicus”un məlumatında deyilir.

"İyun 1991-2020-ci illərin orta göstəricisini təqribən 0,5°C üstələyərək dünyada ən isti ay olub. O, həmçinin 2019-cu ilin iyun ayına qədər olan əvvəlki rekordu əhəmiyyətli fərqlə yenib", - məlumatda deyilir.

Qeyd olunur ki, Avropanın cənub-qərbində rekord yüksək temperatur müşahidə olunub. Kanada, ABŞ, Meksika, Asiya və Avstraliyanın şərqində havanın temperaturu normadan xeyli yüksək olub.

Eyni zamanda ABŞ, Avstraliya və Rusiyanın qərb bölgələrində iyun ayı həmişəkindən bir qədər soyuq keçib.

Həmçinin bildirilir ki, okeanların səthinin temperaturu əvvəlki bütün iyun ayından daha yüksək olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM