satellite   Azerspace-1: 11135 H 30000

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTOLAR

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font>

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Naxçıvan televiziyası-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində iyul ayının 7-də saat 22:40-da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 4 kiloqram 372 qram narkotik vasitə marixuana, 78 qram heroin və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1920 ədəd “preqobalin - 150” həbi aşkar olunaraq götürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM