satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda gənclər “Suya qənaət edək!” şüarı ilə aksiya keçirib - VİDEO

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən “Suya qənaət edək!” şüarı ilə aksiya keçirilib.

Dünyanı bürüyən qlobal istiləşmənin yaratdığı çətinliklərdən biri də içməli su qıtlığıdır. Buna görə də qlobal səviyyədə suya qənaət dövrümüzün aktual tədbirlərindəndir. Naxçıvanlı gənclər də bu tədbirlərə qoşulur, cəmiyyətimizi sudan qənaətlə istifadə etməyə səsləyir. Bu məqsədlə keçirilən növbəti aksiya çərçivəsində Naxçıvan şəhərindəki Gənclik Mərkəzinin yaxınlığında məlumat tenti yaradılıb. Könüllü gənclər tərəfindən əhaliyə maarifləndirici məlumatlar verilib, bukletlər paylanılıb. Eyni zamanda monitor vasitəsilə suya necə qənaət etmək lazım olduğunu izah edən videoçarxlar nümayiş etdirilib.

Naxçıvan televiziyası Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM