satellite   Azerspace-1: 11135 H 30000

Vətən müharibəsindən sonra 432 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib

Vətən müharibəsindən sonra 432 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı müasir protezlərlə təminatı işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Naxçıvan televiziyası-a bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra nazirlik tərəfindən 432 hərbçi 451 ədəd yüksək texnologiyalı protezlə təmin edilib. Onlar I və II Qarabağ müharibəsində yaralanaraq əzalarını itirmiş qəhrəmanlarımızdır.

Yüksək texnologiyalı son nəsil protezlər aktivlik və funksionallığı ilə seçilir və xüsusi proqram təminatına malikdir. Onlar istifadəçinin köməkçi vasitələr olmadan sərbəst, sabit və inamlı hərəkətinə, sosial həyata daha tez və rahat inteqrasiyasına imkan verir.

Müharibə veteranlarımız son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı qazanaraq öz idman bacarıqlarını da nümayiş etdirə bilir, hətta idman yarışlarında iştirak edə bilmək imkanına sahib olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM