satellite   Azerspace-1: 11135 H 30000

Şərurda yeni Vəkil Bürosu fəaliyyətə başlayıb - FOTOLAR

Şərurda yeni Vəkil Bürosu fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font> Şərurda yeni Vəkil Bürosu fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font> Şərurda yeni Vəkil Bürosu fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font> Şərurda yeni Vəkil Bürosu fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Şərur rayon Bürosunun rəsmi açılış mərasimi olub.

Şərur şəhər Şəhriyar küçəsində fəaliyyətə başlayan büronun açılış mərasimində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov, vəkillər və hüquqşünaslar iştirak ediblər. Vəkil Bürosunun rəsmi açılış lentini Anar Bağırov kəsib və uğurlar arzulayıb.

Sonra tədbir iştirakçıları büroda yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, ümumi sahəsi 143 kvadratmetr  olan büroda  iki  vəkil otağı, vəkil bürosu müdiri üçün bir otaq və  bir gözləmə zalı var. Büroda  səmərəli iş fəaliyyəti və vətəndaşların keyfiyyətli hüquqi yardım almasını təmin etmək üçün bütün lazimi şərait yaradılıb.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM