satellite   Azerspace-1: 11135 H 30000

ÜST koronavirusa yoluxma hallarının 45 faiz azaldığını bildirib

ÜST koronavirusa yoluxma hallarının 45 faiz azaldığını bildirib

İyunun 12-dən iyulun 9-na qədər olan dövrdə dünyada koronavirus infeksiyasına təxminən 800 min nəfər yoluxub, 4,8 mindən çox insan vəfat edib. Əvvəlki 28 gün ilə müqayisədə ölüm hallarının sayı 47 faiz azalıb, yoluxmaların sayında isə 45 faiz azalma müşahidə olunub. Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində məlumat verilib.

ÜST-nin məlumatına görə, dörd həftə ərzində dünyada 794 582 yoluxma və 4 867 ölüm halları qeydə alınıb. Bu dövr ərzində ən çox yoluxma Koreya Respublikasında (372 557 nəfər) aşkar edilib. Sonrakı yerlərdə Avstraliya (62 748), Braziliya (56 774), Yeni Zelandiya (38 949) və Sinqapur (28 333) qərarlaşıb. İyunun 12-dən iyulun 9-na qədər olam müddətdə ən çox ölüm halları Braziliyada (868 nəfər) qeydə alınıb. Onun ardından Avstraliya (566), Rusiya (423), Peru (410) və İtaliya (251) gəlir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM