satellite   Azerspace-1: 11135 H 30000

Babəkdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTOLAR

Babəkdə  20 Yanvar şəhidlərinin xatirəsi yad edilib<font color=red> - FOTOLAR</font> Babəkdə  20 Yanvar şəhidlərinin xatirəsi yad edilib<font color=red> - FOTOLAR</font> Babəkdə  20 Yanvar şəhidlərinin xatirəsi yad edilib<font color=red> - FOTOLAR</font> Babəkdə  20 Yanvar şəhidlərinin xatirəsi yad edilib<font color=red> - FOTOLAR</font> Babəkdə  20 Yanvar şəhidlərinin xatirəsi yad edilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Babək Rayon Mədəniyyət Sarayında 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə torpaqlarımız üğrunda canlarını fəda etmiş qəhrəman oğulllarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Tədbirdə Babək rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova bildirib ki, 1990-cı ilin 20 yanvarında Bakıda sovet qoşunlarının törətdiyi qanlı hadisələrdən 34 il keçir. 20 Yanvar faciəsi Azərbaycan torpaqlarının bütövlüyü, müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş amansız cinayət olmaqla bərabər, həm də müasir tariximizin qəhrəmanlıq səhifələrindən biri hesab olunur. 

Çıxış edənlər o dövrün ictimai-siyasi proseslərinə diqqət çəkərək faciənin baş verməsi səbəblərindən, xalqımızın həmin ağır günlərdə birliyindən, insanların azadlıq mübarizəsindən, fədakarlığından söz açıblar.

Sonda “Qanlı Yanvar ”filminə baxış olub

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM