satellite   Azerspace-1: 11135 H 30000

Husilər ABŞ və Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazır olduqlarını bəyan edib

Husilər ABŞ və Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazır olduqlarını bəyan edib

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı (husilər) ABŞ və Böyük Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazırdır.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Məhəmməd Nasir əl-Atefi bildirib.

"Amerikalılar, ingilislər və onlarla koordinasiya edənlər Yəmənin suveren qərarının gücünü başa düşməlidirlər", - əl-Atefi deyib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra "Ənsar Allah" hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini, gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib. Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücumlar edirlər.

Bu ilin yanvarın 12-də Böyük Britaniya və ABŞ qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində, o cümlədən Səna və Hudeydada "Ənsar Allah" hədəflərinə ilk zərbələr endirib. Hədəflər raketlərin və dronların yerləşdiyi yerlər, həmçinin üsyançıların radar stansiyaları olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM