satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Hakkari vilayətində qarın qalınlığı 10 metri ötüb - FOTOLAR

Türkiyənin Hakkari vilayətində qarın qalınlığı 10 metri ötüb<font color=red> - FOTOLAR</font> Türkiyənin Hakkari vilayətində qarın qalınlığı 10 metri ötüb<font color=red> - FOTOLAR</font> Türkiyənin Hakkari vilayətində qarın qalınlığı 10 metri ötüb<font color=red> - FOTOLAR</font>

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda aramsız yağıntılar nəticəsində qarın qalınlığı 10 metri ötüb.

Bu barədə Naxçıvan televiziyası “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, ölkənin şərq şəhərlərində güclü qarla əlaqədar bir sıra çətinliklər yaranıb.

Güclü qar və çovğundan sonra Yüksekovanın mərkəzindən 50 kilometr aralıda yerləşən Dağlıca kəndinə gedən yolda qar uçqunu baş verib. Bundan sonra yol gediş-gəliş üçün bağlanıb. Vilayətin aidiyyəti orqanları tərəfindən ərazidə təmizlik işlərinə başlanılıb.

Məlumata görə, qarın yaratdığı çətinliklərə baxmayaraq, yolun açılması üçün müəyyən işlər görülür. Fövqəladə qurumların əməkdaşları qarın bağladığı yolda tunel qazaraq ərazini təmizləyirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM